Vikente futbolçuların siyahısını elan edib
İspaniya yığmasının baş məşqçisi Vikente del Bosqu Konfederasiyalar kubokuna yollanacaq futbolçuların siyahısını elan edib.

İdman.com.az saytının məlumatına görə, siyahıda oyun praktikasından əziyyət çəkən İker Kasilyas da yer alır. Sonuncu dəfə isə o, yanvarın 23-də meydana çıxıb.

Qeyd edək ki, dünya çempionları Nyu- York və Mayamidə İrlandiya və Haiti yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək. Bundan sonra komanda turnirin ilk görüşündə iyunun 15-də Uruqvayla qarşılaşacaq. Tahiti ilə oyun iyunun 21-də (Maracana) , Nigeriya (Fortaleza ) ilə isə 24-də baş tutacaq.

Xəbər 820 dəfə oxundu.