Millimiz “World Masters” turnirində iki medalla qayıdıb
Rusiyanın Tümen şəhərində keçirilən cüdo üzrə “World Masters” turniri başa çatıb.

Yarışda 100 kq çəki dərəcəsində mübarizə aparmış Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə bürünc medal əldə edib. Beləliklə də yarışın sonuncu günündə idmançılarımız iki medal qazanıblar.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız medal qazana bilməyiblər.

Xəbər 943 dəfə oxundu.