Gənc futbolçu dünyasını dəyişdi
Son illər artan futbolçu ölümlərinin siyahısına daha biri əlavə olunub. “Manisaspor”un U-18 komandasının üzvü Gökhan Kaya dünyasını dəyişib.

Klubdan verilən açıqlamada onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib. Gökhan Kaya Manisa təmsilçisinin U-18 komandasının forması altında 75 oyunda iştirak edib.

Xəbər 787 dəfə oxundu.