Bakı turniri boksçularımızın üstünlüyü ilə davam edir
Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi boks yarışı davam edir. Sayca 9-cu dəfə keçirilən turnirdə 12 ölkənin 141 dəri əlcək ustası mübarizə aparır.
Yarışın ilk günündə Azərbaycan idmançılarından Araz Gülməmmədov (46 kq), Elnur Şərifzadə (46 kq), Xəyyam Məmmədov (46 kq), Orxan Əliyev (50 kq), Mətin İsmayılov (50 kq) və Telman Qafarlı (60 kq) qələbə qazanaraq, nöbvəti mərhələyə vəsiqə qazanıblar. 13 çəki dərəcəsi üzrə keçirilən yarışa mayın 14-də yekun vurulacaq.

Xəbər 1141 dəfə oxundu.