Bakıda Türkiyə Super Kuboku uğrunda oyun
Futbol üzrə Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər.

İdman.com.az saytının məlumatına görə, bir iddia ilə Türkiyənin “Fanatik” qəzeti çıxış edib. Məlumatda bildirilib ki, ölkə çempionu “Qalatasaray”la kubokun sahibi “Fənərbaxça” arasında keçiriləcək Super Kubok matçının Azərbaycanın paytaxtında keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Türkiyə Futbol Federasiyası (TFF) oyunu avqustun 11-də keçirmək istəyir. Məsələ ilə əlaqədar TFF hər iki klubun nümayəndələrinin qatılacağı toplantı keçirəcək. Əgər razılıq olarsa, “Qalatasaray” və “Fənərbaxça” arasındakı kubok qarşılaşması Bakıda olacaq.

Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda oyunun Bakıda keçirilməsi məsələsi ötən mövsüm də gündəmə gəlmişdi. Lakin o vaxt tərəflər bu məsələdə razılığa gələ bilməmişdilər.

Xəbər 845 dəfə oxundu.