Xətai “Şahin”ləri birinci oldular
Mayın 10-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Şahin" hərbi-idman oyunlarının respublika final mərhələsi keçirilib. Yarışların qalibi adını paytaxtın Xətai rayonunun komandası qazanıb.
Yekunda, keçirilən tədbirdə liseyin rəisi, general-mayor Mirzə Almasov çıxış edərək, gənclərin böyük həvəslə iştirak etdiyi bu ənənəvi oyun barədə məlumat verib, yarışın final mərhələsinin Naxçıvanski adına hərbi liseyin yaradıcısı olan Heydər Əliyevin doğum günündə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Elmar Qasımov və digərləri qeyd ediblər ki, sovet dövründə strateji əhəmiyyətli belə bir hərbi məktəbin Azərbaycanda yaradılması ümummilli liderin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Natiqlər Prezident İlham Əliyevin də ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb, bu sahədə aparılan islahatları təqdir ediblər.

Xəbər 3221 dəfə oxundu.