Roberto Karlos “Sivasspor”la razılaşdı
“Sivasspor”un Roberto Karlosu baş məşqçi postuna gətirmək istədiyini xəbər vermişdik. Artıq klub rəhbərləri və Karlos arasında ilk görüş keçirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb və görüşün müsbət keçdiyini bildirilib:

“Klub prezidenti Məcnun Otkaymaz Roberto Karlosla görüş təşkil etdi və bu görüş müsbət başa çatdı. Karlos da “Sivasspor”a gəlmək istəyir. “Kuban”la keçiriləcək qarşılaşmanın ardından “Anji”nin prezidenti Süleyman Kərimovla görüşəcək. Müqavilə müddəti davam etdiyindən gəlmək üçün icazə istəyəcək. Növbəti mövsümdən “Sivasspor” Karlosun başçılığı ilə meydana çıxacaq. Mövzu baazar ertəsi dəqiqləşəcək”.

Xəbər 777 dəfə oxundu.