Messi Ronaıdinyodan danışdı
“Barselona”nın ulduz futbolçusu Leonel Messi sabiq komanda yoldaşı Ronaldinyodan danışıb. Braziliyalı futbolçuya təriflər yağdıran Messi bu sözləri deyib:

“Məndən öncə komandanın 10 nömrəli formasını o geyirdi. “Barselona” üçün çox önəmli işlər gördü. Ronaldinyo kimi oyunçudan o formanı almaq çox böyük məsuliyyətdi”.

Qeyd edək ki, 2008-ci ilə qədər Messi 20 və 19 nömrəli formalar geymişdi. Ronaldinyo “Milan”a keçəndən sonra o, 10 nömrəli formanın sahibi oldu.

Xəbər 774 dəfə oxundu.