Roberto Karlos baş məşqçi olmaq istəyir
Braziliyanın yetişdirdiyi əfsanəvi futbolçulardan olan Roberto Karlos baş məşqçi olmaq istəyir.

Karlos "Anji" də məşqçi Qus Hiddinqi əvəzləyə bilər. Hiddinq Rusiyada bu mövsüm başa çatan kimi klubdan ayrılmaq istəyir. Təcrübəli məşqçi yorulduğunu və istirahətə ehtiyac duyduğunu dilə gətirib. Məhz buna görə də "Anji" boşalacaq baş məşqçi postuna indidən layiqli namizədlər axtarır. Braziliyalı futbolçu Roberto Karlos da bu fürsətdən istifadə edib öz məşqçilik kariyerasının əsasını qoymağı planlaşdırır.

Qeyd edək ki, Türkiyənin “Sivasspor” klubu da Roberto Karlosu heyətində məşqçi kimi görmək istəyir. Buna görə də klub ona rəsmi təklif göndərib.

Xəbər 822 dəfə oxundu.