İspaniyada növbəti baş məşqçi ayrılığı
La Liqa klublarından “Malaqa” mövsüm sonunda baş məşqçisi ilə yollarını ayıracaq.

“Malaqa” öz rəsmi saytından verdiyi məlumata görə gələcək mövsümdən etibarən argentinalı baş məşqçi komandanın başında olmayacaq. Adı “Mançester Siti” ilə hallanan Pelleqrini verdiyi açıqlamada “Malaqa” ilə dostluqlarının davam edəcəyini bildirib:

“Bəli, mən “Malaqa”dan ayrılıram ancaq bu klubla olan dostluğum davam edəcək”.

Təcrübəli çalışdırıcı adının “Mançester siti” ilə hallanmasına da aydınlıq gətirib:

“Hələlik "Mançester Siti"nin baş məşqçisi olmağım deyə bir şey yoxdu və heç bir klubla danışıqlar aparmamışam”

Xəbər 822 dəfə oxundu.