Kapitanlar derbidə olmayacaq
“Fənərbaxça” Türkiyə Kubokuna sahib olmaqla Super Kubokda da kimlərin yarışacağı məlum oldu. Super Kubok matçında “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gələcək.

Ancaq bu derbidə hər iki komandanın kapitanları meydanda olmayacaq. Buna Super Liqanın son turunda derbidə yaşanan hadisələr səbəb olmuşdu. Volkan Dəmirəl və Sabri Sarıoğludan əlavə Raul Meyreleş və Fatih Terim oyunu tribunadan izləməli olacaq.

Xəbər 1558 dəfə oxundu.