Xavi Mourinyonun istefasından danışdı
“Barselona"nın futbolçusu Xavi Ernandes əzəli rəqibləri "Real"ın baş məşqçisi Joze Mourinyonun mövsümüm sonunda komandadan ayrılacağına münasibət bildirib.

"Marca"ya danışan futbolçu deyib ki, portuqaliyalı mütəxəssisin getməsi Madrid klubunun əvvəlki gücünə heç bir təsir etməyəcək: "Real” Mourinyosuz güclü komanda olaraq qalacaq. Onun getməsi heç nəyə təsir etməyəcək. Biz Mourinyonun yoxluğunda da İspaniyada uğur qazanırdıq. O, gəldikdən sonra bir neçə kuboka sahib çıxdı. Amma biz sonrada yenə uğurlar əldə etməyə başladıq ".

Xavi eyni zamanda "Real"ın çalışdırıcısının onlar üçün yüksk motivasiya verdiyini etiraf edib: "İspaniyadan böyük bir baş məşqçi gedir".

Xəbər 762 dəfə oxundu.