Franko daha bir futbolçu ilə müqavilə imzalayıb
"Xəzər Lənkəran” cari mövsüm başa çatan kimi növbəti mövsüm və avrokuboklar üçün transfer çalışmalarını davam etdirir.

Klubun saytının yaydığı xəbərə görə, ilk olaraq Franko Nildonu rənglərinə bağlayan "XL" bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb. Uzun müddətdir ölkəmizdə çıxış edən və səviyyəli legionerlərdən sayılan Zohair Benouahi ilə iki illik müqavilə bağlanılıb. 26 yaşı olan mərakeşli futbolçu ampulaca yarımmüdafiəçidir və bundan öncə Bakının AZAL klubunun şərəfini qoruyub.

Xəbər 894 dəfə oxundu.