İki məktəblimiz dünya çempionu oldu
Polşanın Krakov şəhərində şahmat üzrə məktəblilərin yeddinci dünya çempionatı keçirilib. AzərTAc-ın verdiyi xəbərə görə, çempionatda 6 yaş qrupu üzrə 36 ölkədən 420 şahmatçı iştirak edib. Yarışda ölkəmizin idman şərəfini 24 şahmatçı qoruyub.
Çempionatda Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Sumqayıt şəhər Şahmat Məktəbinin idmançısı Fərid Aslanov qızıl medallar qazanıblar. Digər şahmatçılarımız İzzət Kənan, Oğuz Abışlı gümüş, Aqil Pirverdiyev bürünc medallara sahib olublar.
Beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov və Lənkəran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov yarışda ölkəmizi hakim qismində təmsil ediblər.

Xəbər 1134 dəfə oxundu.