Syomin Rusiyadan 2 məşqçi gətirəcək
«Qəbələ»nin yeni baş məşqçisi Yuri Syomin özü ilə 2 köməkçi-məşqçi gətirəcək. Bu haqda klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

Nəcəfov bildirib ki, rusiyalı mütəxəssis köməkçilərini özü müəyyənləşdirəcək. Eyni zamanda, Syomin fiziki hazırlıq üzrə məşqçi də istəyib. Daha 2 köməkçi isə yerli mütəxəssis olacaq. Vitse-prezidentin sözlərinə görə, onlardan biri qapıçılarla işləyən məşqçi Vüqar Məmmədov ola bilər: «Komandamızda indiyədək çıxış etmiş qapıçılardan heç biri Məmmədovdan narazı qalmayıb. Syominə də onun namizədliyini verəcəyik».

Qeyd edək ki, Yuri Syominlə rəsmi müqavilə mayın 22-də bağlanacaq. 66 yaşlı mütəxəssisin təqdimat mərasimi isə mayın 29-da baş tutacaq.

Xəbər 805 dəfə oxundu.