Samet Aybaba istefa verib
"Beşiktaş"ın baş məşqçisi Samet Aybaba istefa verib.

İdman.com.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssis bu gün istefa ərizəsini klubun idman direktoru Ahmet Kavalçıya təqdim edib. Aybabanın gedişinin səbəbi hələ ki açıqlanmır. Halbuki klub rəhbərliyi onun işindən razı idi. Çünki məhz Aybaba çətin vəziyyətdə komandanı böhrandan çıxarmağı bacarıb.

Xəbər 702 dəfə oxundu.