Milli yoldaşlıq oyununda qələbə qazanıb
Sliven şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. "Sliven" klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. Bolqarıstan təmsilçisinin qapısından topları Rövlan Muradov, Baxışəli Baxışəliyev, Ziya Əzizov, Oruc İsmayılov, Pilağa Mehdiyev və Ruslan Hacıyev keçirib.

Xəbər 777 dəfə oxundu.