«Atletiko» Falkaonun transferinə icazə verdi
«Atletiko» Radamel Falkaonun başqa kluba keçidinə icazə verib. Klubun sahibi Migel Angel Gil Marin kolumbiyalı forvardın bütün qərarlarını hörmətlə qarşılayacaqlarını bildirib.

Gil Marin deyib ki, Falkao klubdan ayrılmaq istəsə, ona manne olmayacaqlar: «Mövsümün əvvəlində ona uğurlu çıxışını davam etdirəcəyi və komandaya Çempionlar Liqası vəsiqəsi qazanmağa yardımçı olacağı halda yardımçı olacağımıza söz vermişdik. Bundan sonra verəcəyi bütün qərarlara hörmətlə yanaşacağıq».

Klubun sahibi Falkaonun yerini doldurmaq üçün başqa bir variant tapacaqlarını bildirib: «Atletiko» hücumçu tapmaq baxımından həmişə şanslıdı. Fernando Torresin, Dieqo Forlanın, Serxio Aqueronun yerini necə doldurmuşuqsa, Falkaonun da yerini doldura bilərik. Kimin gələcəyini bilmirəm, amma «Atletiko»nun yeni mövsüm üçün güclü bir heyət quracağına əminəm».

Xəbər 851 dəfə oxundu.