“Atasport” Çempionlar Kubokuna adladı
Kişi otüstü hokkeyçilərdən ibarət klubu “Atasport” Çex Respublikası paytaxtı Praqada keçirilən Çellenc I turnirində finala yüksəlib. İdman.com.az saytı xəbər verir ki, “B” qrupunda 1-ci yeri tutan ölkə çempionumuz, yarımfinalda yerli “Slasiya” ilə qarşılaşıb.

Gərgin mübarizədə həmyerlilərimiz rəqibini böyük hesabla məyus edib – 7:3 (3:2). Bu qələbədən sonra “Atasport” finala çıxmaqla yanaşı, Çempionlar Kubokuna vəsiqəni də özünə təmin edib.

Xəbər 3608 dəfə oxundu.