“Alman döyüşü” italyanlara tapşırılıb
Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər müəyyənləşib. “Bavariya” və “Borussiya” klubları arasında “Uembli”də baş tutacaq həlledici oyunu italiyalı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Nikola Ritsolli olacaq. Ona Renato Favreani və Adrea Stefani (yan xətt hakimləri), Qianluka Kartiolato, Poalo Taqliavento (qapı xətti hakimləri) kömək edəcək.

Xəbər 835 dəfə oxundu.