“Akkord” finala çıxdı
Kişi otüstü hokkey klubu “Akkord” Çex Respublikası paytaxtı Praqada keçirilən Çellenc II turnirində uğurlu çıxışını davam etdirir. İdman.com.az saytı xəbər verir ki, yer aldığı “B” qrupunda maksimum xal toplayaraq yarımfinala adlayan gümüş mükafatçı, bu mərhələdə də qələbə qazanıb. Danimarkanın “Soerbimaql” komandası ilə görüşdə Bakı təmsilçisi böyük hesabla qalib gəlib – 6:3 (4:0). Bununla da, “Akkord” Çellenc I dəstəsinə vəsiqə qazanıb.

Xəbər 1197 dəfə oxundu.