Teymur Kramniklə, Şəhriyar Gelfandla sülh bağladılar
Kazanda şahmat tacına iddiaçıların turniri davam edir. Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsində ilk partiyalarda heç-heçə oynayıblar.
Teymurun rəqibi rusiyalı Vladimir Kramnik, Məmmədyarovun rəqibi isə İsrail nümayəndəsi Boris Gelfand idi.
Turnirin ikinci oyun günündə Aleksandr Qrişşuk (Rusiya) – Levon Aronyan (Ermənistan) partiyası da heç-heçə başa çatıb. Amerikalı Qata Kamski isə bolqarıstanlı Veselin Topalova qalib gəlib.

Xəbər 987 dəfə oxundu.