İran yığması ABŞ-dan getdi
Dünən Los Ancelesdə keçiriləcək yarışda iştirak etməyi planlaşdıran güləş üzrə Iran millisi gözlənilmədən ABŞ-ı tərk edib. İranlı güləşçilər hadisə ilə bağlı heç bir açıqlama verməyiblər. Ancaq İranın siyasi təzyiqlərinə məruz qalmamaq üçün yığma komandanın ölkəni tərk etdikləri ehtimal olunur.

Xatırladaq ki, son 10 il ərzində ilk dəfə idi İran yığması ABŞ-da keçirilən yarışda iştirak etməyə hazırlaşırdı. Onlar ABŞ yığması ilə dünən “Güləş uğrunda dördlük birliyi” adlanan yarışda qarşı-qarşıya gələcəkdi.

Xəbər 1262 dəfə oxundu.