Valter komandadan ayrılacaq
İtaliya A seriyasında bu gün daha bir baş məşqçinin istefası gerçəkləşəcək.

İdman.com.az saytının məlumatına görə,Napolinin çalışdırıcısı Valter Massari komandadan ayrılacaq. Buna səbəb mütəxəssisin klub siyasəti ilə razılaşmamasıdır. Massari rəhbərlikdən bir neçə ulduz futbolçu tələb edib.Aurelio De Laurentis isə daha çox Borussiya Dortmunddun tutduğu yolu bəyəndiyindən gənc futbolçulara üstünlük verir.Massarinin İnter, Roma və ya Anji ilə müqavilə imzalayacağı gözlənilir.

Xəbər 805 dəfə oxundu.