“Rəvan” son oyuna hazırdı
Topaz Premyer Liqasının sonuncu – 32-ci turu çərçivəsində bu gün “Xəzər Lənkəran”la üz-üzə gələcək “Rəvan” oyuna hazırlığı başa vurdu. Komanda dünən Lənkəranda axşam saatlarında son məşqini keçirdi.

Uzun yol yorğunluğunu təxminən 3-4 saatlıq istirahətlə çıxardıqdan sonra Lənkəran şəhər mərkəzi stadionuna yollanan Bayıl təmsilçisi həm də cari mövsümün son məşqinə çıxdı. Saat 19:30-da başlayan məşq təxminən saat yarım çəkdi. Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrıldı.

Ardından “kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda qapıya zərbələr üzərində də işlədi.

Xəbər 839 dəfə oxundu.