«Barselona»nı parçalamaq istəyirlər
«Barselona» 10 futbolçusunu transferə çıxarmağı planlaşdırır. Müqaviləsini uzatmağın perspektivsiz görünən futbolçuların bu siyahını rəhbərlik üçün klubun idman direktoru Andoni Subisarreta hazırlayıb. Siyahıya müdafiəçilər Erik Abidal, Adriano, Mark Mknyes, Andrey Fontas, yarımmüdafiəçilər Conatan Dos Santos, Serxi Roberto, İbrahim Afellay, forvardlar Boyan Krkiç, İsaak Kuenka və David Vilya daxildir.

Belə baxanda əsas heyətdə oynayan futbolçulardan burada yalnız Vilya ilə Adrianonun görünür. Lakin qrar ciddidi. Lakin əsas heyətin digr futbolçularına da tələbat böyükdü. «Barsa»da dağılmanı duyan rəqiblər dərhal futbolçuları müxtəlif klublara çəkməyə başladılar. Məsələn, yenidən Fransa futbolunun elitasına dönən «Monako» gözünü kataloniyalıların qapıçısı Viktor Valdesə və müdafiəçi Dani Alvesə dikib.

İspanlara artıq müvafiq təkliflər də edilib. «Barsa» öz qapı keşikçisini 10-15 milyon avro müqabilində buraxmağa hazırdı. Qapıçı hələ ilin əvvəlində klubla müqaviləsini uzatmaq istəmədiyini bildirmişdi. İngiltərnin yeni çempionu «Mançester Yunayted»sə «Barselona»nın yarımmüdafiəçisi Sesk Fabreqası sıralarına qatmağı düşünür. İngilis klubunun rəhbərliyi bu barədə danışıqlarda «qırmızı şeytanlar»ın niderlandlı forvardı Robin van Persinin də mühüm rol oynayacağına ümid bəsləyir.

İdman.com.az saytı xəbər verir ki, Van Persi Fabreqasla birgə 7 il London «Arsenal»ında oynayıb. «Barsa»nın daha bir oyunçusu Tyaqo Alkantaranın adını fəal surətdə «Bavariya» və «Mançester Siti»ylə bağlayırlar. Bu klublar kataloniyalılara rəsmi təklif etmək niyyətindədilər. 22 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avroya bərabərdir.

Xəbər 862 dəfə oxundu.