Lempard 1 il də qalır
«Çelsi»nin yarımmüdafiəçisi Frenk Lempard klubu ilə müqaviləsinin bir illik uzadılmasına razılığa gəlib. İdman.com.az saytı xəbər verir ki, futbolçu bu günlərdə klubun tarixinin ən yaxşı bombardiri olmasına baxmayaraq, onun taleyi cari mövsüm boyu sual altında idi.

Lempardın hətta Amerikaya və ya Qətərə gedəcəyi barədə də söhbətlər ortaya atılmışdı. O, bu sazişə aşağı maaşla da razı olub. Futbolçu özü əvvəllər belə müqaviləyə razı olmadığını söyləyib:

«Həmişə 5-illik müqavilələr bağlayırdım. İndi hər şey başqa cürdü. Nə edək, həyat belədi. Belə bir qrup futbolçular var, məsələn «Liverpul»un yarımmüdafiəçisi Stiven Cerrard, onların adları klubla bərabər xatırlanır. Məncə «Çelsi»də də belə adlar var. Bu, Con Terri, Eşli Koul, Petr Çex və mənə aiddi. Mən bununla fəxr edirəm».

Lempard həmçinin 2008-ci ildə Maurinyonun rəhdərlik etdiyi «İnter»ə keçidə yaxın olduğunu xatırlayıb: «Mən «2008-ci ildə Jozenin «İnter»inə keçməyə çox yaxın idim. Çünki onun mənim karyerama böyük təsiri olub. Lakin mən şəxsi səbəblərdən və «Çelsi»yə bağlılığımdan komandada qaldım. Bu, doğru qərar idi, axı mənə burada oynamaq müəssər oldu».

Xəbər 996 dəfə oxundu.