“Akkord”dan 2-ci qələbə
Kişi otüstü hokkey klublarımız avrokuboklarda mübarizəyə başlayıblar. İdman.com.az saytı xəbər verir ki, “Atasport” komandasının “Çelenc I” dəstəsində ilk oyunu uğurlu alınıb. Ölkə çempionumuz Çex Respublikası paytaxtı Praqada keçirilən yarışın “B” qrupunda dünən Cəbəllütariqin “Eagles” klubu ilə görüşüb. Matç bakılıların 3:2 (2:0) qələbəsi ilə bitib. Uelsin “Vaytçarc” klubu yerli “Pizen Litice”ni 2:1 üstələyib.

“Çelenc II” turnirlində rəqabət aparan “Akkord” komandası da meydançadan sevinclə ayrılıb. “B” qrupunda yer alan gümüş mükafatçı İsveç “Partille”sini minamal hesabla məğlub edib – 4:3 (1:1). “Akademika Espinho” (Portuqaliya) - “KPH Raca” (Slovakiya) maçtında isə birincilər qalib gəliblər – 6:3.

Bu gün baş tutmuş oyunda da “Akkord” uğurunu davam etdirib. “KPH Raca” klubu Bakı təmsilçinə yalnız 1 top vura bilib – 1:4 (1:2). “Partille” bizə məğlubiyyətin əvəzini portəgizlərdən çıxıb – 3:1.

“Çelenc II”, «B» qrupu

O Q H M T X

1. “Akkord” 2 2 0 0 8:4 10
2. “Akademika Espinho” 2 1 0 1 7:6 6
3. “Partille” 2 1 0 1 6:5 6
4. “KPH Raca” 2 0 0 2 4:10 0

Turnirin yekununda iştirakçılar qruplarda tutduqları yerlərə müvafiq olaraq “çarpaz” üsulla digər qrupun komandası ilə qarşılaşacaqlar.

KAMRAN

Xəbər 1068 dəfə oxundu.