«Qalatasaray» «Emireyts Cup»a gedir
Yayda «Emireyts Stedium»da bir illik fasilədən sonra yenidən «Emireyts Cup» keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, turnirə Türkiyədən «Qalatasaray», İtaliyadan «Napoli», İngiltərədən «Arsenal» və Portuqaliyadan «Portu» qatılacaq.

Təşkilatçılar turnirdən ötən il olimpiada ilə bağlı imtina etməli olmuşdular. Lakin avqustun 3-ü və 4-də «Arsenal»ın ev arenasında turnir artıq 6-cı dəfə keçiriləcək. Daha öncə turnirdə zəfəri ev sahibi qazanmışdı. «Hamburq» və «Nyu York Red Bullz»un da hərəsinin bir qələbəsi var.

Xəbər 1012 dəfə oxundu.