«Beşikdaş»da vida zamanı
Rusiyadan Moskva «Lokomotiv»inin «Beşikdaş»a Olcay Şahan və Fernandesi almaq üçün təklif gətirməyə hazırlandığı bildirilir. Almaniya «Kayzerslautern»indən «qara qartallar»a 800 min avro müqabilində keçdikdən sonra, karyerasının ən uğurlu mövsümünə imza atan Olcay Şahana göz dikən «Lokomotiv»in 7 milyon avro təklif edəcəyi öyrənilib.

Ötən mövsüm 5 milyon avroya, Mustafa Pektemeki çox istəməsinə baxmayaraq, Ukrayna «Dneprinə verməyən «Beşiktaş» rəhbərliyinin, bu mövsüm 11 qola imza atan ulduz futbolçunu da ilk planda satmağı düşünmədiyi bildirilir.

Olcay Şahanın satış dəyərinin daha yüksək olduğunu iddia edən «ağ-qaralar»ın rəhbərliyi «Lokomotiv»dən rəsmi təklif gələrsə, 10 milyon avro istəyəcək. Bu arada «Lokomotiv»in transfer planları arasına Fernandesi də aldığı ortaya çıxıb. «Beşikdaş»ın portuqaliyalı ulduzu satmaq istəməməsinə baxmayaraq, rus klubunun təklif edəcəyi rəqəmə görə hərəkət edəcəyi vurğulanır.

«Beşikdaş»ın moskvalılardan Fernandes üçün puldan əlavə, «Qasımpaşa» formasını geyinən, ancaq hüququ əllərində olan İbriçiçi də istəyəcəyi deyilir. Bosniyalı oyunçunun, yaxşı bir mövsüm keçirməsi səbəbiylə «Beşiktaş»ın siyahısında olduğu öyrənildi. İstanbul klubunun rəhbərliyi mövsüm əvvəlində tətbiq etdiyi transfer siyasətiylə yerli futbolçulara diqqəti yönəltdiyi üçün Olcay Şahandan savayı Oğuzxan, Mustafa Pektemek və Nəcib üçün də ola biləcək təkliflər müqabilində yüksək məbləğ istəyəcək.

Olcay Şahan bu mövsüm oyunu ilə çox seçilir. Orta sahədən irəliyə sürətli çıxışları və düzgün vuruşlarıyla diqqət çəkən 25 yaşlı futbolçu, Superliqada 33 matçda forma geyərkən, bu qarşılaşmalarda 11 qol vurub və 3 dəfə də assistentlik edib.

«Beşiktaş»ın orta sahəsinin əhəmiyyətli adlarından Manuel Fernandessə bu mövsüm zaman-zaman zədələr səbəbiylə meydandan uzaq qalsa da, forma geydiyi matçlarda komandasına faydalı olur. Liqada 27 matçda oynayan təcrübəli yarımmüdafiəçi 7 qol vurarkən, 8 dəfə də qollara yardımçı olub. Fernandes komandasının ən çox assistentlik edən oyunçusu kimi diqqəti çəkir.

Xəbər 1171 dəfə oxundu.