"Simurq"un iki futbolçusu milliyə dəvət aldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2013-cü ilin mayın 27-dən iyunun 8-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək.

İyun 8-də Azərbaycan U-21 milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Makedoniya U-21 milli komandası ilə beynəlxalq oyun keçirəcək. "Simurq"dan Nicat Qurbanov və Rəşad Eyyubov da yığmanın heyətinə dəvət edilib. Hər iki futbolçu mayın 27-dən milli komandanın düşərgəsinə yollanacaq.

Xəbər 847 dəfə oxundu.