"Atletiko" maraq dairəsində
Braziliya millisinin və "Zenit"in hücumçusu Halk "Atletiko"nun maraq dairəsinə düşüb.

İdman.com.az saytının məlumatına görə, Madrid klubu Halka yayda komandanı tərk edəcək Radamel Falkaonun əvəzləyicisi gözüylə baxır.

Xatırladaq ki, Falkaonun 60 milyon avro qarşılığında "Monako"ya transfer olunacağı gözlənilir. Keçid baş tutarsa, kolumbiyalı forvard yeni klubunda ildə 10 milyon avro qazanacaq.

Xəbər 834 dəfə oxundu.