Luis Filipedən:“Benfika ilə fəxr etməliyik”
“Benfika”nın prezidenti Luis Filipe Vyeira Avroliqanın final görüşündən sonra mətbuata açıqlama verib.

İdman.com.az saytının məlumatına görə, Vyeira qələbəyə rəqibdən daha çox layiq olduqlarını dilə gətirib.

“Mən ilk növbədə bizi dəstəkləmək üçün gələn azarkeşlərimizə minnətdarlıq etmək istəyirəm. Təbii ki, indi hər birimiz kədərliyik. Amma əslində hər birimiz ürəkdən “Benfika” ilə fəxr etməliyik. Əminliklə söyləyirəm ki, “Benfika” finalda rəqibindən daha yaxşı oynadı. Amma bəzi hallarda belə də olur. Kuboku həmişə güclü olan qazanmır. Qarşıda bizi daha böyük uğurlar gözləyir”.

Xəbər 827 dəfə oxundu.