Alleqrinin taleyində yeni dəyişiklik olub
Massimiliano Alleqrinin "Milan"dakı taleyində yeni dəyişiklik olub.

İdman.com.az saytının məlumatına görə,mövsümün sonunda Alleqri komandanı tərk edəcəyi gözlənilir. Bu haqda "Milan"ın prezidenti Silvio Berluskoni açıqlama verib: "Alleqri "Roma"ya gedir. "Syena" ilə oyundan sonra bu haqda daha ətraflı məlumat verəcəyik."

Xatırladaq ki, "A" seriyasının 38-ci turu çərçivəsində keçiriləcək "Syena" -"Milan" görüşü mayın 19-da keçiriləcək. Qələbə qazanacağı halda, "Milan" növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək hüququ qazanacaq.


Xəbər 778 dəfə oxundu.