«Barselona»nın yeni Messisi
«Barselona»nın futbol akademiyasında yetişən Cerard Deulofeu ilə yeni müqavilə imzalayıb. İspaniya mətbuatının «Barselona»nın yeni Messi»si olaraq təqdim etdiyi oyunçu ilə 2017-ci ilədək müqavilə bağlanılıb.

19 yaşlı futbolçu ilə müqavilənin bağlandığı tədbirə klubun prezidenti Sandro Rosell, vitse-prezidenti Josep Maria Bartomeu, idman direktoru Andoni Zubizarreta və B komandasının baş məşqçisi Jordi Mestre qatılıb.
İlk matçına 2011-2012 mövsümündə çıxan Deulofeu «uşaqlığımdan bəri ən böyük arzum dünyanın ən yaxşı klubunda oynamaq idi. Buna nail odduğum üçün çox xoşbəxtəm», deyib.

«Barselona»nın 5:0 hesablı qələbə qazandığı «Malyorka» matçında meydana sonradan çıxan gənc oyunçu Çempionlar Liqasının qrupp mərhələsində Moskva «Spartak» və «Benifka» ilə oyunlarda da qısa müddət oynamışdı.

Xəbər 833 dəfə oxundu.