İngiltərə Futbol Assosiasiyası yeni sanksiyalar tətbiq edəcək
İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdən etibarən irqçiliklə bağlı olaraq yeni sanksiyalar tətbiq etməyi düşünür.

Federasiyanın rəhbəri Devid Bernşteyn futbolçunu təhqir edən hər hansı bir oyunçu 5 matçlıq cəzalanacağını bildirib. O, həmin futbolçu yenidən belə bir hərəkət etdiyi təqdirdə 10 oyunluq cəzalanacağını və pul cəriməsinin veriləcəyini ifadə edib. İngiltərə Futbol Assosiasiyası irqçiliklə mübarizə üzrə proqrama isə 4 milyon avro sərmayə qoyacaq.

Bildirək ki, 2011-ci ildə “Liverpul”un uruqvaylı hücumçusu Luis Suares “Mançester Yunayted”in müdafiəçisi Patris Evranı oyun zamanı təhqir etdiyi üçün 8 oyunluq İngiltərə Futbol Assosiasiyası tərəfindən cəzalanıb və 40 min sterlinq dəyərində pul cəzası tətbiq edilib.

Xəbər 852 dəfə oxundu.