Kristov Metzelder karyerasını bitirdiyini açıqladı
"Şalke"nin müdafiəçisi Kristov Metzelder mövsümün sonunda futbol karyerasını başa vuracağını açıqlayıb.

"Frayburq" ilə həftəsonu oynayacaqları matçın ardından futbolu buraxacağını bildirən 32 yaşındakı alman futbolçu, klubun internet saytına verdiyi açıqlamada bunları bildirib:

“Düzünü deyim ki, həmişə bu səviyyədə futbol oynayabiləcək fiziki gücdə deyiləm.13 ilin ardından içimdəki futbol üçün yanan atəş söndü”.

Təcrübəli futbolçu gələcək planları arasında futbol şərhçiliyi olduğunu, hətta Çempionlar Liqası və Bundesliqa oyunlarına şərhçi kimi qatılmaq üçün bir kanalla razılaşdığını bildirib.

Almaniya Milli komandasının formasını 47 dəfə geyinən Metzelder, karyerası boyunca Dortmund "Borussiya"sı və "Real"ın şərəfini qoruyub.

Xəbər 829 dəfə oxundu.