İtaliya millisinin heyəti açıqlanıb
İtaliya milli komandasının Konfederasiyalar Kuboku üçün ilkin heyəti açıqlanıb. Çezare Prandelli iyunun 15-dən iyulun 1-dək Braziliyada təşkil ediləcək turnir üçün heyətə 31 futbolçu dəvət edib. Qeyd edək ki, Konfederasiyalar Kubokunda İtaliya A qrupunda çıxış edəcək. Burada onlar Braziliya, Yaponiya və Meksika ilə qarşılaşacaq.

Qapıçılar: Mikael Aqassi (“Kalyari”), Canluici Buffon (“Yuventus”), Federiko Marketti (“Latsio”), Salvator Siriqu (PSJ, Fransa)

Müdafiəçilər: İnyasio Abate (“Milan”), Luka Antonelli (“Cenoa”), David Astori (“Kalyari”), Andrea Bartsali (“Yuventus”), Leonardo Bonuççi (“Yuventus”), Corco Kellini (“Yuventus”), Mattia De Şilo (“Milan”), Kristian Maco “Napoli”), Anjelo Oqbonna (“Torino”), Andrea Ranokkya (“İnter”)
Yarımmüdafiəçilər: Alberto Akvilani (“Fiorentina”), Cakomo Bonaventura (“Atalanta”), Antonio Kandreva (“Latsio”), Alessio Çerçi (“Torino”), Daniel de Rossi (“Roma”), Alessandro Diamanti (“Bolonya”), Emanuele Cakkerini (“Yuventus”), Klaudio Markizio (“Yuventus”), Rikkardo Montolivo (“Milan”), Andrea Pirlo (“Yuventus”), Andrea Poli (“Sampdoriya”)

Hücumçular: Mario Balotelli (“Milan"), StefanEl-Şaaravi (“Milan”), Alberto Cilardino (“Bolonya”), Sebastyan Covinko (“Yuventus”), Pablo Osvaldo (“Roma”), Marko Sau (“Kalyari”).

Xəbər 828 dəfə oxundu.