Sabridən hər kəsə 4 oyun cəza
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi (PFDK) Superliqanın 33-cü turunda “Fənərbağça” və “Qalatasaray” arasındakı oyun zamanı yaşanan olaylarla əlaqədar cəzalar yağdırıb. “Fənər”li futbolçulardan qapıçı Volkan Dəmirəl 5, yarımmüdafiəçi Raul Meyreleş və “Qalatasaray”ın müdafiəçisi Sabri Sarıoğlu hərəyə 4 oyun cəzalandırılıb.

Bundan başqa, “sarı-lacivərdlilər” üst-üstə 170 min lirə cərimələnib. Cərimənin 50 mini fanatların səbəbkar olduğu hadisələrə, 45 mini çirkin və ağır ifadələrə görə kəsilib. Həmçinin, TFF-in müəyyənləşdirdiyi pankartla meydana çıxmadığı üçün bu kluba 5 min, oyunçular üçün müəyyənləşdirilən meyarlara uymaması səbəbindən 70 min cərimə müəyyənləşdirilib.

Cəzalanan oyunçulardan Volkan Sabriyə qarşı etdiyi yolverilməz hərəkəti üzündən 16 min 500 lirə, Meyreleş isə rəqib komandanın futbolçusuna cinsi orqanını göstərdiyi üçün 20 min lirə cərimələnib. Sabriyə isə 13 min 500 lirə cərimə kəsilib.

Xəbər 819 dəfə oxundu.