Minskdə dünya Kuboku yarışları
Bugün Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək.

İdman.com.az saytının məlumatına görə, yarışda azərbaycanlı gimnast qızlar da iştirak edəcəklər. Şəxsi turnirdə Marina Durunda və Lalə Yusifova medallar uğrunda mübarizə aparacaq. Qrup komandasını Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova, Siyana Vasilyeva və Aliyə Paşayeva təmsil edəcəklər.

Qeyd edək ki, yarış mayın 19-dək davam edəcək.

Xəbər 967 dəfə oxundu.