Berti Foqtsun Bakıya qayıdışı yubandı
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun Bakıya qayıdışı mayın sonuna qalıb. Almaniyalı mütəxəssis bu ayın əvvəlindən olduğu vətənindən birbaşa Qətərə yollanacaq. Belə ki, Foqts millimizlə növbəti yoldaşlıq oyununu keçirəcəyi Asiya ölkəsində görüşəcək.

O, bir müddət öncə saytımıza müsahibəsində mayın 25-də Bakıya qayıdacağını desə də, sonradan planlarında dəyişiklik olub. Nəticədə həmin gün paytaxtımızda bir araya gələcək yığmamız köməkçi məşqçi Nazim Süleymanovun rəhbərliyi altında Qətərə gedəcək. Foqts isə həmyerliləri olan köməkçiləri – Olaf Yansen, Uli Ştayn, habelə almaniyalı tibbi heyətlə birgə səfərə çıxacaq. 67 yaşlı çalışdırıcı matçın ertəsi - mayın 30-da milli ilə birgə Bakıya qayıdaraq, onu iyunun 7-də Lüksemburq yığması ilə rəsmi oyuna hazırlayacaq.

Qeyd edək ki, Qətər – Azərbaycan oyunu Bakı vaxtilə saat 21:15-də başlayacaq.

Xəbər 837 dəfə oxundu.