Millimizə Almaniyadan 3 futbolçu çağırıldı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da Makedoniya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mayın 27-dən iyunun 8-ə qədər Bakı şəhərində təlim-məşq toplanışı keçiriləcək. artıq toplanışa dəvət alan futbolçuların siyahısı müəyyənləşib.

Baş məşqçi Bernhard Lippert 22 futbolçuya dəvət göndərib. Onlardan üçü legionerdi. Belə ki, Lippert Almaniyanın «Ayntraxt Braunşveyq» klubundan Taşkın İlteri, «Berqiş Qadbax 09» komandasından Fatih Şanlını və «Kayzerslautern»in ikinci heyətindən Timur Temeltaşı yığmaya dəvət edib.

Qeyd edək ki, «Neftçi»dən Mirhüseyn Seyidov, Tərlan Quliyev, Elvin Yunuszadə, Kərim Diniyev, Emil Balayev, «Xəzər Lənkəran»dan isə Orxan Sadıqlı U-21-in düşərgəsinə mayın 29-da, yəni kubokun finalından sonra qoşulacaq.

Mirhüseyn Seyidov – “Neftçi”
Elvin Yunuszadə – “Neftçi”
Tərlan Quliyev – “Neftçi”
Kərim Diniyev – “Neftçi
Emil Balayev – “Neftçi”
Hacı Əhmədov – “Qarabağ”
Tural İsgəndərov – “Qarabağ”
Şəhriyar Əliyev – “Bakı”
Nurlan Novruzov – “Bakı”
Amit Quluzadə – “Qəbələ”
Urfan Abbasov – “Qəbələ”
Murad Ağayev – “Sumqayıt”
Slavik Alxasov – “Sumqayıt”
Rəşad Eyyubov – “Simurq”
Nicat Qurbanov – “Simurq”
Orxan Sadıqlı – “Xəzər Lənkəran”
Abdulla Abasiyev – “İnter”
Andriy Popoviç – “Turan”
Ruslan Tağızadə – AZAL
Taşkın İlter – “Ayntraxt Braunşveyq” (Almaniya)
Fatih Şanlı – “Berqiş Şladbax 09″ (Almaniya)
Timur Temeltaş – “Kayzerslautern” (Almaniya)

Xəbər 889 dəfə oxundu.