Yeniyetmələr arasında beynəlxalq boks turniri
“Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turniri keçirilib.

İdman.com.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Özbəkistan və İsraildən ümumilikdə 131 idmançı mübarizə aparıb.

Turnirdə respublikamızı Azərbaycan milli komandasının üzvləri, eyni zamanda, “Qızıl Əlcək” idman klubunun boksçuları – Həsənli Turan (66 kq), Tarverdili Hüseyn (70 kq) və Mehdiyev Şükran (89 kq) təmsil ediblər. Onlar millinin tərkibində 1 qızıl (Tarverdili Hüseyn), 1 gümüş (Mehdiyev Şükran), 1 bürünc (Həsənli Turan) medal qazanıblar.
Tarverdili Hüseyn bu turnirin “Ən texnikalı boksçusu” adına layiq görülüb.

Medal qazanan boksçular bu ilin avqustunda Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək dünya birinciliyində respublikamızı təmsil edəcəklər.

Xəbər 677 dəfə oxundu.