İtaliyada çimərlik futbolu üzrə yarış davam edir
İtaliyada çimərlik futbolu üzrə Avropa klublar Kuboku yarışı hələ də davam etməkdir.

İdman.com.az saytı xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Bakı” komandası ilk oyununu keçirib. Komandamızın ilk rəqibi yerli “Terraçin” klubu olub.

Qarşılaşma “Bakı”nın (1:3) hesablı məğlubiyyəti ilə başa çatıb. Qrupun digər oyununda isə Polşanın “Qrembax” kollektivi Litvanın “Kreyssu” komandasına 5:1 hesabı ilə qalib gəlib.

Xəbər 1139 dəfə oxundu.