“Xəzər Lənkəran” klubu yenidən doğma şəhərdə
Premyer-Liqa çərçivəsində “Sumqayıt”la son səfər oyunu sonrası istirahətə buraxılan “Xəzər Lənkəran” klubu dünən doğma şəhərə gəlib. İstirahətdən sonra bərpa məşqinə çıxan komanda bu gün günün yeganə səhər məşqini də də ehtiyat meydançada keçirib.

Sabah isə “Xəzər Lənkəran” gün ərzində iki dəfə məşqə çıxaraq “Rəvan”la mövsümün son ev matçı üçün hazırlığını davam etdirəcək. Hazırda zədəli futbolçuların tez bir zamanda sıraya qayıtması üçün komandanın tibbi korpusu səylərini əsirgəmir.

Xəbər 786 dəfə oxundu.