Fereya avtomobil qəzasına düşüb
Rusiyanın "Spartak" futbol klubunun futbolçusu Ariklenes da Silva Fereya Moskvada avtomobil qəzasına düşüb.

İdman.com.az saytının məlumatına görə, 27 yaşlı əslən braziliyalı forvard Olimpiyski küçəsində hərəkət edərkən qəflətən arxadan gələn maşınla onun idarə etdiyi avtomobil toqquşub. Zərbənin gücündən Fereyanın idarə etdiyi maşın "Toyota" markalı digər avtomobilə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Xəbər 907 dəfə oxundu.