Boksçumuz çempion oldu
Bakıda mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulub. Turnirdə Azərbaycanı və "Qəbələ" İdman Klubunu təmsil edən Nicat Muradlı (80 kq+) qızıl medala yiyələnib. Öncə Macarıstan, ardından isə Qazaxıstan idmançısını məğlub edən Nicat finalda Ukrayna boksçusuna qalib gəlib.

Xatırladaq ki, yarışda Azərbaycan, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Özbəkistan və İsraili təmsil edən 131 idmançısı mübarizə aparıb. Azərbaycan milli komandası yarışda 8 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olub.Komanda hesabında Azərbaycan 1-ci, Ukrayna 2-ci, Özbəkistan isə 3-cü yeri tutub.

Xəbər 627 dəfə oxundu.