“Velosiped turniri həm də London Olimpiadasına hazırlıq məqsədi daşıyır”

Bu gün bu fikiri Gənclər və İdman Nazirliyində “Böyük Qafqaz” beynəlxalq velosiped turniri ilə bağlı keçirilən mətbuat konfransında nazir müavini İsmayıl İsmayılov deyib.
İlk dəfədir ki, keçirilən turnirə Litva, Gürcüstan, İran və Azərbaycandan olan komandalar qatılır. Turnir mayın 10-da ulu öndər Heydər Əliyevin adını daşıyan Sarayın qarşısındakı heykəlinin önünə gül qoyulması ilə başlanacaq.
Yarışda 1993-94 cü il təvəllüdlü oğlanlar iştirak edəcəklər.
Jurnalistlərin məhz turnirə nə üçün yeniyetmələrin qatıldığı sualına isə nazir müavini belə cavab verib: “Bu gün Azərbaycanda idmana göstərilən qayğı və diqqət əvəzsizdir. Bizim artıq dünyada çox məşhur olan və ölkəmizin bayrağını daim ucaldan idman növlərimiz var. Amma biz bu gün bir qədər unudulmuş və bir neçə ildən sonra ölkəmizi layiqincə təmsil edə biləcək idman növləri üzərində də işlər aparmalıyıq. Məhz bu yeniyetmələrin bu səpkili yarışlara qatılması onların olimpiya oyunlarına hazırlığına böyük dəstəkdir.”
Qeyd edək ki, veloyürüş ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunur.

Xəbər 1307 dəfə oxundu.