UEFA Avropa Liqası mövsümünə yekun vurulub
UEFA Avropa Liqasının 2012/13-cü il mövsümünə yekun vurulub.

İdman.com.az saytının məlumatına görə, final görüşündə İngiltərənin “Çelsİ” və Portuqaliyanın “Benfika” komandaları üz-üzə gəlib.

Hollandiyanın "Amsterdam Arena" stadionunda keçirilən görüşün ilk yarısı qolsuz başa çatsa da, nəhayət ki, oyunun 60-cı dəqiqəsində ingilislər hesabı aça biliblər. Portuqaliya təmsilçisi az sonra hesabı bərabərləşdirsə də, son anda qələbə qolunu vuran "Çelsi" Avroliqanın qalibi adını qazanıb.

Xəbər 960 dəfə oxundu.