MOİK - "Bakılı" oyunun vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan I Divizionunun 26-cı turunun MOİK – "Bakılı" oyununun keçirilmə tarixi dəyişdirilmişdir.

Görüş 18 may tarixindən 19 may tarixinə dəyişdirilmişdir. Buna səbəb Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyətinin Bakıda keçiriləcək hərbçilərin I Dünya kuboku öncəsi MOİK klubunun rəhbərliyi və futbolçuları ilə görüş keçirməsidir.

Xəbər 918 dəfə oxundu.